Ukrayna Rusiyanın 10-dan çox qəsəbəsinə zərbə endirdi

23:36 - 5 İyul 2024 - GÜNDƏM

 Ukrayna Rusiyanın 10-dan çox qəsəbəsinə zərbə endirdi

Gün ərzində Rusiyanın Kursk vilayətinin 5 rayonunda 10-dan çox yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin hücumlarına məruz qalıb.

BUTA.TV xəbər verir ki, bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov məlumat yayıb.

O, hücumlar nəticəsində iki mülki şəxsin xəsarət aldığını bildirib.

Qeyd edək ki, bundan öncə Ukrayna PUA-larının Kurskda Sucansk rayonunda YDM-lərə hücum etməsi barədə məlumat yayılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol