Cəlili tərəfdarları Pezeşkianı qalib kimi qəbul etdi

02:36 - 6 İyul 2024 - GÜNDƏM

 Cəlili tərəfdarları Pezeşkianı qalib kimi qəbul etdi

Səid Cəlilinin tərəfdarları sosial media kanallarında birinci turun nəticələrinə əsasən seçki prosesindən uzaqlaşan Məhəmməd Bagir Qalibafı hədəf alıblar.

BUTA.TV xəbər verir ki, Cəliliyə yaxın kanallarda dərc olunan materiallarda Qalibaf tənqid edilir.

Nəticələrin rəsmi şəkildə elan edilməməsinə baxmayaraq, istifadəçilər Qalibafı Pezeşkianın seçkidə qələbə qazanmasında rol oynamaqda günahlandırıblar.

Bildirilib ki, Qalibaf birinci turda Cəlilinin xeyrinə namizədliyini geri götürmədiyi üçün Pezeşkianın qalib gəlməsinə səbəb olub.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlarda azərbaycanlı namizəd Məsud Pezeşkianın prezident seçkilərinin ikinci turunda qalib gəldiyi bildirilir. Lakin hələlik rəsmi təsdiq yoxdur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol