Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bu qərarı ADP sədri Sərdar Cəlaloğlu açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan Demokrat Partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını hazırdır:
“Ötən gün Azərbaycan Demokrat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqladı. Biz 25-dən artıq namizədimizi müəyyən etmişik. Konkret olaraq, mən özüm Babək, Şahbuz, Kəngərli seçki dairələrindən birindən namizəd olacağam, digər yoldaşlar da Azərbaycanın digər bölgələrindən namizədliklərini irəli sürəcəklər. Biz artıq partiya olaraq qərarımızı vermişik, namizədlərimizi irəli sürmüşük, hazırda məsələ rəsmiləşdirilmə mərhələsindədir”.
Yaşlı şəxslərin deputat seçilməsinə qarşı çıxanlar barədə danışan Cəlaloğlu bu fikri səsləndirənləri sərt şəkildə tənqid edib:
“Dövlət idarəçiliyində bu cür uydurma sözlərdən istifadə etmək müəyyən dairələrin öz maraqlarını həyata keçirməsi məqsədi güdür. Elə cavan var ki, onu heç adam içinə buraxmaq olmaz, elə yaşlılar da var ki, bəşəriyyətin taleyini həll edə bilər. Yaşın məsələyə nə dəxli var?!
Ho Şi Min 95 yaşında Vyetnam Prezidenti idi, Nelson Mandela 80 yaşında Cənubi Afrikanın prezidenti oldu, Mahatma Qandi 70 yaşlarında Hindistanı azad etdi, Mao Tszedun 80 yaşında Çin Xalq Respublikasının lideri olub, o boyda ölkəni idarə edib.
Bu gün dünyanın aparıcı ölkəsi - Amerikada iki prezident çıxış edir, onların ən kiçiyinin yaşı 70-dən yuxarıdır.
Azərbaycanda isə hərdən bir söz uydurub atırlar ki, “yaşlılar getməlidir”. Məqsəd müəyyən qüvvələri siyasətdən kənarda saxlamaq üçün bəhanə əldə etməkdir. Şəxsin 80 yaşı olsun, əgər onun ağlı, vicdanı varsa, xalqı üçün əlləşirsə, bu kifayətdir.
Elə adam var ki, cavan oğlandır, 6 dəfə parlamentdə təmsil olunub, bir dəfə ağzını açıb “A”, “B” hərflərini belə deməyib. Bax, belə adamları millət vəkili seçmək olmaz. Yadda saxlayın ki, demokratiya yalançı sözlərlə inkişaf etməz!”
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?