Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) donanmasına yeni əlavə edilən “Handysize” tipli “Xocalı” gəmisinin ilk səfəri uğurla yekunlaşıb.
BUTA.TV ASCO-ya istinadən xəbər verir ki, gəmi Cənubi Koreyanın “Bukpyung” limanından qəbul etdiyi 30 min 800 ton sement yükünü Amerika Birləşmiş Ştatlarının “Portland” limanına çatdırıb, artıq yük gəmidən boşaldılıb.
20 gün davam edən səfər çərçivəsində “Xocalı” ümumilikdə 8 390 kilometr məsafə qət edib.
Bu səfərlə Azərbaycanın gəmiçilik tarixində ilk yaşanıb. Belə ki, “Xocalı” müstəqil Azərbaycan bayrağı altında ABŞ limanına yan alan ilk gəmi olub.
Qeyd edək ki, “Xocalı” bu ilin may ayında Çində istismara verilib. Ümumilikdə 38 min 593 ton yükgötürmə imkanına malik olan gəminin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 knotdur. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.
“Xocalı" Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri rəhbər tutularaq hazırlanan və ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində alınan “Handysize” tipli ilk gəmidir.
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı