Babək sakinini öldürən şəxs Türkiyədə saxlanıldı

19:36 - 6 İyul 2024 - GÜNDƏM

 Babək sakinini öldürən şəxs Türkiyədə saxlanıldı

İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Bu barədə BUTA.TV-a Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən bildirilib.

Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Kərim Həsən oğlu Hüseynov Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.

Araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol