Ötən həftə göstərdi ki, AB-dəki böhranı Ukraynanı silahla təmin edən, oraya qoşun göndərmək xəyalında olan və nüvə silahından istifadə haqqında danışan çoxsaylı müharibəpərəst siyasətçilər gərginləşdirirlər.
BUTA.TV xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Avropa Macarıstan hökumətini və baş nazirini sülh naminə çalışdıqlarına və sülhün mümkünlüyü barədə danışıqlar apardıqlarına görə tənqid etmək üçün çıxış edən müharibə tərəfdarı siyasətçilərlə doludur. Son iki il yarım ərzində bu müharibə tərəfdarı siyasətçilər silah tədarükləri, quru qoşunlarının göndərilməsi fantaziyaları və nüvə silahlarından danışaraq Avropadakı hərbi böhranı davamlı olaraq şiddətləndirdilər”, - Siyarto bildirib.
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi