2018-ci ildən paytaxtda marşrut avtobuslarının kart sisteminə keçidi başlasa da, hələ də ödənişi nağd şəkildə həyata keçirilən avtobuslar kifayət qədərdir.
BUTA.TV-ın “Xəzərxəbər”ə istinadən məlumatına görə, hazırda marşrutların 36 faizi nağd ödənişlə fəaliyyət göstərir. Bəzi sərnişinlər isə bu fikirdədirlər ki, kartla ödəniş sisteminin olmaması onlar üçün çətinlik yaradır.
Sürücülərin bəziləri kart sisteminə keçidin tərəfdarı olsalar da, bəziləri deyir ki, bu sistemə keçid onları qane etmir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ümumilikdə paytaxtda 115 marşrut üzrə 1824 avtobusda nağdsız ödəniş edilməsi mümkündür.
Hazırda fəaliyyət göstərən marşrutların 64 faizində nağdsız ödəniş sistemi tətbiq olunur. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
Ətraflı süjetdə:
- Alimdən xəbərdarlıq: Nəsiminin gorunu açmaq...
- Rusiya səfirliyimizə raket atdı
- Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan
- Prezident Maqdalena Qrononu qəbul etdi - Foto
- Bakı və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...