Ukraynaya qarşı müharibənin davam etdirilməsi Rusiyanı gücləndirir.
BUTA.TV xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının keçmiş komandanı general Tomaş Piotrovski deyib.
Onun sözlərinə görə, indi təşəbbüs Rusiyadadır, qüvvələrinin harada yerləşdiyinə və hara zərbə endirəcəyinə o qərar verir:
"Eyni zamanda, Ukrayna keçənilki yay hücumundan sonra müdafiəyə keçib. Deməli, təşəbbü hücum edən tərəfdə olanda, tempi o diktə edəndə, güclənir. Hansı istiqamətə nə qədər döyüş sursatı göndəriləcəyinə, kiminlə danışacağına, kiminlə masa arxasında oturub-durmayacağına qərar verən Rusiyadır.
Beləliklə, hər keçən gün Rusiyanı ciddi şəkildə gücləndirir, eyni zamanda Ukraynanı zəiflədir. Ən pisi isə odur ki, bunu hamı başa düşmür. Bu, təkcə Avropanın deyil, digər ölkələrin də təhlükəsizliyinə mənfi təsir göstərir".
- Alimdən xəbərdarlıq: Nəsiminin gorunu açmaq...
- Rusiya səfirliyimizə raket atdı
- Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan
- Prezident Maqdalena Qrononu qəbul etdi - Foto
- Bakı və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...