Biz İranda yeni Prezident fəaliyyətə başladıqdan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik.
BUTA.TVxəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"İranda yeni prezident seçildi, Azərbaycan Prezidenti bu münasibətlə öz təbrikini çatdırdı. Biz bundan öncə Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq", - deyə nazir qeyd edib.
Nazir söyləyib ki, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır:
"İran bizim böyük qonşumuzdur, xalqlarımızın tarixi əlaqələri var. Bizim birgə gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək".
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı