Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Şəmkir, Bakı-Mingəçevir, Bakı-İsmayıllı, Bakı-Siyəzən, Bakı-Siyəzən, Bakı-Kürdəmir, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan şəhərlərarası, paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
BUTA.TV xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Zaqatala, Bakı-Gəncə istiqamətlərində 4 Lot üzrə avqustun 13-də;
Bakı-Şəki, Bakı-Şəmkir, Bakı-Mingəçevir istiqamətlərində 4 Lot üzrə avqustun 16-da;
Bakı-İsmayıllı, Bakı-Siyəzən, Bakı-Kürdəmir istiqamətlərində 5 Lot üzrə avqustun 20-də;
Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan istiqamətlərində 5 Lot üzrə avqustun 23-də;
paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə avqustun 27-də baxılacaq.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident