Rusiya və Ukrayna liderləri ilə Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası ilə bağlı danışıqlar aparılır, lakin hələlik nəticə yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.
“Taxıl dəhlizinin yenidən açılmasını təklif edirik və indi bu barədə həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparırıq. Mövcud məsələ ilə bağlı hələlik heç bir nəticə əldə etməmişik. Rusiya Prezidenti Vladimir Putinlə sonuncu görüşüm də buna həsr olunmuşdu.
NATO sammitində Ukrayna Prezidenti Vladimir Zelenski ilə də məsələni müzakirə etdik. Biz Ukrayna tərəfi ilə taxıl dəhlizi boyunca işləmək istəyirik. Ümid edirəm ki, biz bu dəhlizdən yenidən istifadəyə edə biləcəyik”, – deyə, o qeyd edib.
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident