Mingəçevirdə məktəb direktoru işindən azad edilib.
BUTA.TV-ın Unikal-a istinadən məlumatına görə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş verən neqativ hallarla bağlı bir neçə istiqamətdə yoxlamalar aparılıb və yoxlamanın nəticəsinə əsasən, adıçəkilən məktəbin direktoru Sevda İsmayılova Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə tutduğu direktor vəzifəsindən azad edilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən verilən açıqlamaya görə, İdarə təhsil müəssisələrində korrupsiya ilə əlaqədar hüquqpozmaların baş verməsini pisləyir, bunun aradan qaldırılması ilə bağlı mütəmadi müvafiq tədbirlər görür.
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident