İki rayonda qaz olmayacaq

09:28 - 13 İyul 2024 - GÜNDƏM

 İki rayonda qaz olmayacaq

Qobustan və Quba rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qobustan 5-6-cı massiv” ölçü qovşağında təmir-quraşdırma işləri aparılacaq. Bu səbəbdən iyulun 15-də saat 11:00-dan 13:00-dək “Qobustan” qazpaylayıcı stansiyadan (QPS) qidalanan “Qobustan 5-6-cı massiv” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Qobustan Bağlar yaşayış massivinin və 5,6,7–ci massivlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, Quba rayonunun 1-ci Nüqədi kəndində orta təzyiqli qaz kəmərində aparılacaq təmir, 2-ci Nüqədi kəndində isə yeni çəkilmiş qaz xəttində quraşdırma işləri səbəbindən iyulun 15-də saat 09:30-dan etibarən işlər tamamlanana qədər qaz təchizatının dayandırılması planlaşdırılıb. Qaz təchizatı dayandırılan müddətdə Quba rayonunun 17 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbər hal-hazırda çox oxunur
O, mənim kimi eyni qanı daşıyır - Prezident

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol