Bu il Türkiyədə orta temperatur göstəricisinə görə son 53 ilin ən isti iyun ayı qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Hidrometeorologiya Baş İdarəsindən bildirilib.
Məlumata əsasən, iyun ayında ölkədə havanın ən aşağı temperaturu Ərzurumda (1,6), ən yüksək temperaturu isə Şanlıurfanın Ceylanpınar (47,8) rayonunda qeydə alınıb.
Xatırladaq ki, iyunda orta aylıq temperatur 21,8 dərəcədir. 1991 - 2020-ci illəri əhatə edən temperatur bu il 3,6 dərəcə yüksələrək 25,4 dərəcəyə çatıb.
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava