Biz ilk növbədə regionda müharibənin qarşısını almaq üçün hər şeyi edəcəyik. İstəyirik ki, hamı bir-birinin ərazi bütövlüyünə hörmət etsin.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Azadlıq” radiosuna müsahibəsində jurnalistin “Azərbaycan Ermənistana hərbi təcavüz etməyə cəhd etsə, İran müdaxilə edəcək, ya yox?” sualına cavab verərkən deyib.
O bildirib ki, bizim ən böyük səylərimiz regionda müharibənin qarşısını almağa yönəlib:
“Beynəlxalq cəmiyyət də bunu istəyir. Ermənistanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır, sərhədləri aydındır. Və onun müharibə məqsədi yoxdur. Biz görürük ki, Ermənistan sülhü və sabitliyi qorumaq istəyir. Bu istək, sülh və sərhədlərin müəyyən edilməsi tərəflərin müharibə istəmədiyini göstərir. Nəhayət, müharibə üçün heç bir əsas yoxdur. Heç bir Azərbaycan torpağı Ermənistanın nəzarətində deyil ki, buna görə Ermənistana hücum etsinlər. Düşünürəm ki, Azərbaycan hökuməti də nəzərə alacaq ki, müharibəyə heç bir əsas yoxdur. Təqdim etdiyiniz fərziyyə, bu baş verərsə, təbii ki, beynəlxalq ictimaiyyət buna mənfi reaksiya verəcək”.
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident
- Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq
- Türkiyə ilə İsrail arasında münasibətlər daha gərgindir
- Əliyev Şara ilə görüşdündən danışdı
- Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb
- Torpağımızda bir nəfər də rus əsgəri yoxdur