Uels şahzadəsi Uimbldon turnirində görüntüləndi

17:58 - 14 İyul 2024 - GÜNDƏM

 Uels şahzadəsi Uimbldon turnirində görüntüləndi

Uels şahzadəsi Keyt Middlton Uimbldon tennis turnirində görüntülənib.

BUTA.TV xəbər verir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, bu, mart ayında xərçəng xəstəsi olduğunu elan etdikdən sonra şahzadənin ictimaiyyət arasında ikinci çıxışıdır.

“Uels şahzadəsi kişilərin finalından əvvəl qızı Şarlotta ilə Uimbldona gəlib”, - nəşr bildirib.

Qeyd edək ki, Uimbldon turnirinin finalında hazırda ispaniyalı Karlos Alkaraz və serbiyalı Novak Cokoviç üz-üzə gəlir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol