HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə HƏMAS-ın hərəkatın rəsmi Teleqram kanalında dərc olunmuş bəyanatında deyilir.
Haniyə telefon danışığı zamanı İsrailin Baş naziri Benyamin Netanyahunun son bəyanatlarında Qəzza zolağında atəşkəs üçün yeni şərtlər irəli sürdüyünü bildirib.
HƏMAS Siyasi Bürosunun rəhbəri qeyd edib ki, İsrailin Xan Yunis və əl-Şati bölgəsinə son zərbələri HƏMAS və müqavimət qruplarının atəşkəs danışıqları ilə bağlı konstruktiv mövqeyinə baxmayaraq baş verib.
“Lakin Netanyahu son açıqlamaları zamanı tərəflərin vasitəçiliyi ilə ötürülən təkliflərində yer almayan yeni şərtlər irəli sürüb”, - deyə o bildirib.
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava
- DÇ tarixində ilkə imza atdı