Rusiyanın Kuban regionunda havanın temperaturu 41 dərəcəyə çatacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi məlumat yayıb.
"İstilər iyulun 18-dək davam edəcək. İyulun 16, 17 və 18-i gündüz və axşam rayonda güclü isti olacağı gözlənilir. Bu müddət ərzində havanın temperaturu selsi üzrə +39 dərəcədən 41 dərəcəyə çatacaq ki, bu da təhlükəli hadisə adlanır. Qara dəniz sahillərində 37 dərəcə isti gözlənilir. Abrau-Durso kəndi yaxınlığında isə böyük təbii yanğın davam edir.
Fövqəladə vəziyyət zonasında quru, isti hava və güclü külək nəticəsində vəziyyət mürəkkəbləşib",- məlumatda deyilir.
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava
- DÇ tarixində ilkə imza atdı