Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında yeni adlar var. Həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparılır.
Yenin gününsesi.info-ya istinadla xəbər verir ki, ilk araşdırmamız 59 saylı Quba Seçki Dairəsindən deputatlığa namizəd Məhərrəmzadə Əlibala Səttar oğludur.
Hazırda rayonda iş adamı kimi tanınan Əlibala Məhərrəmzadə Qubadakı “Şahdağ Turuskavets” Sanatoriyasının sahibidir.
Araşdırmamız zamanı onun iş adamı olmasına baxmayaraq, külli miqdarda borcunun olduğu da üzə çıxıb.
Məlum olub ki, Əlibala Məhərrəmzadənin toplam 10 milyona yaxın borcu var.
İddialarla bağlı Əlibala Məhərrəmzadənin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.
Əlibala Məhərrəmzadənin hazırda rəqibi deputat Vahid Əhmədov və onun əmisioğlu olduğu bildirilən Əliabbas Məhərrəmovdur.
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi
- Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
- Bakıda arvadını öldürən kişiyə ağır cəza...
- "Amay"ın qarşısında kişinin başına daş düşdü