Belarus və Rusiya arasında təhlükəsizlik zəmanəti sazişinin 2024-cü ilin dekabrında imzalanması planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov ölkə Prezidenti yanında İdarəetmə Akademiyasında tələbələr qarşısında çıxışı zamanı deyib.
“Bu ilin dekabrında qeyd edəcəyimiz İttifaq Dövləti haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü üçün biz Rusiya ilə təhlükəsizlik təminatlarına dair dövlətlərarası saziş imzalamağı planlaşdırırıq”, - deyə nazir bildirib.
O qeyd edib ki, müqavilədə nüvə və adi silahlardan istifadə prinsipi, eləcə də hər iki dövlətin müdafiəsinin digər üsullarını ortaya qoyacaq.
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video
- Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
- Çinə getmək istəyənlərə şad xəbər
- Samuxdakı qəzada həlak olanların - Fotoları
- Böyük Britaniya “Zəngəzur”u sanksiyadan çıxardı - Foto