“Qarabağ” yay transfer dövründə heyətinə daha bir oyunçu cəlb edib.
BUTA.TV-ın QOL.az-a istinadən verdiyi xəbərə görə, Ağdam təmsilçisi ukraynalı Aleksey Kaşuku heyətinə cəlb edib.
24 yaşlı yarımmüdafiəçi Ağdam klubuna azad agent kimi keçib. Transferin tezliklə rəsmən elan olunacağı gözlənilir.
Xatırladaq ki, “Şaxtyor”un (Donetsk, Ukrayna) yetirməsi olan Kaşuk 2022/23 mövsümündə “Sabah”da çıxış edib.
Qeyd edək ki, "Qarabağ" bu yay Fabian Buntiç, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Mateuş Koxalski və Emmanuel Addaini də heyətinə qatıb.
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video
- Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
- Çinə getmək istəyənlərə şad xəbər
- Samuxdakı qəzada həlak olanların - Fotoları
- Böyük Britaniya “Zəngəzur”u sanksiyadan çıxardı - Foto