Qazaxıstanda AES-lə bağlı referendum keçiriləcək

00:54 - 3 Sentyabr 2024 - GÜNDƏM

 Qazaxıstanda AES-lə bağlı referendum keçiriləcək

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev 2024-cü il oktyabrın 6-da ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı referendumun keçirilməsi haqqında fərman imzalayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“2024-cü il oktyabrın 6-da ölkədə referendum keçirilməsi haqqında fərman verirəm. Referendum aşağıdakı sual ilə bağlı olacaq: “Qazaxıstanda AES tikintisi ilə razısınızmı?”, - fərmanda deyilir.

Qeyd olunur ki, ölkə hökumətinə Mərkəzi Seçki Komissiyası, digər mərkəzi dövlət və yerli icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlər görmək tapşırılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Qovlar şəhərinin Baş planı təsdiqləndi

“Biz uzunmüddətli milli maraqları və ölkəmizin xüsusiyyətlərini nəzərə alaraq gələcək haqqında düşünməliyik. Ona görə də mən həmişə AES-in tikintisi məsələsi ilə bağlı düşünülmüş qərarın qəbul edilməsinin, strateji planların cəmiyyətdə geniş müzakirə olunmasının vacibliyində israr etmişəm”, - Tokayev bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol