Rusiya yeni savaşa girəcək, ölkə dağılacaq - Rus filosof

07:02 - 3 Sentyabr 2024 - GÜNDƏM

 Rusiya yeni savaşa girəcək, ölkə dağılacaq - Rus filosof

2025-ci ildə 3-cü Dünya müharibəsi başlayacaq və iki mərhələdən ibarət olacaq.

BUTA.TV xəbər verir ki, bunu tanınmış rusiyalı filosof, parapsixologiya və metafizika sahəsi üzrə ekspert Andrey Kosmaç deyib.

Onun sözlərinə görə, mütərəqqi bəşəriyyət Yaxın Şərqdə şərin kökü olan İranla müharibəyə başlayacaq.

Kosmaç 2027-ci ildə Çin və Tayvan arasında müharibə ehtimalının olduğunu, Pekinin bu müharibədə öz proksisinin - Şimali Koreyanın potensialından istifadə edəcəyini bildirib.

Filosofun fikrincə, İsrail və Ukrayna müharibədə qalib gələcək:

“Rusiyanı isə çətin və qaranlıq günlər gözləyir. Ölkədə milli zəmində xaos və vətəndaş müharibəsi olacaq və ərazisi bölünməyə başlayacaq. Bu proseslər 2025-ci ilin təxminən yay və payız aylarında başlayacaq”.

Filosof Rusiyanın Latviya və Estoniya ilə müharibə riskinin də qaçılmaz olduğunu deyib:

“Rusiyanın Latviya və Estoniyaya qarşı yeni hərbi kampaniyaya başlaması ehtimalı çox yüksəkdir. Axı mart ayında Leninqrad Hərbi Dairəsinin yaradılması səbəbsiz deyildi! Rusiyanın Latviya ilə Pskov vilayətindən keçən quru sərhədi var. Estoniya ilə də ümumi quru sərhədi Leninqrad və Pskov vilayətlərindən keçir. Latviyanın şərqi və ya Latqale adlanan ərazi təhlükə altındadır. Orada əhalinin təxminən 40 faizi rusdillidir. Estoniyanın Narva şəhərini isə Rusiya apriori olaraq öz ərazisi hesab edir. Orada da çoxlu rusdilli yaşayır. Narvada nə baş verəcəyi bilinmir, lakin Rusiyanın ora da daxil olmaq ehtimalı çox yüksəkdir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol