Kəlbəcər şəhərindəki 524 ailəlik yaşayış kompleksi 19,5 hektar sahəni əhatə edir.
BUTA.TV xəbər verir ki, birinci mərhələdə buraya 201 ailə köçürüləcək.
Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır. Kompleksdə “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır.
İkinci mərhələdə buraya 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq.
Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar. Həmin gün Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin də təməli qoyulub.
- Nazir Sahil Həmidova yeni vəzifə verdi
- Dünya daha da parçalanıb, tərəqqi isə azalıb - Qafarova
- Szinpinlə Əliyevin razılaşması buna təkan verəcək - Çjun
- Şahin Mustafayev İran səfiri ilə görüşdü
- Qovlar şəhərinin Baş planı təsdiqləndi
- Tehran Zəngəzurla bağlı Putin və Ərdoğana xəbər göndərib
- Rusiya azərbaycanlı iş adamının obyektini darmadağın etdi - Foto
- İran Zəngəzur dəhlizindən iki məsələyə görə qorxur - “Past”