Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunun 2024-cü il II rüb üzrə nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda sərtləşmə müşahidə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda qeyd edilib.
Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. İKZF hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə də daxili ipoteka ilə verilən kreditlər üzrə standartlarda sərtləşmənin davam edəcəyini gözləyirlər.
Cari ilin II rübündə cəmi ipoteka kreditlərinə tələb azalıb. Respondentlərin cavablarına görə, tələbdəki azalmanın əsas səbəbi daxili ipoteka kreditləri olub. Eyni zamanda, bankların İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə kredit tələbi də cari ilin əvvəlki rübü ilə müqayisədə azalıb. Sorğu nəticələrinə əsasən, banklar növbəti rübdə də ipoteka kreditlərinə, o cümlədən daxili ipoteka kreditlərinə tələbin azalacağını proqnozlaşdırırlar.
Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə kredit standartlarına maliyyələşmə dəyəri, digər banklarla rəqabət, daşınmaz əmlak bazarı, bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar olub.
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?