Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakininin Gəncə şəhərində əsassız olaraq saxlanılaraq polis şöbəsinə aparılması, ona qarşı təzyiqlər göstərilməsi və bağlı əsassız xəbərlər dərc olunub.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, avqustun 28-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət apararkən “Niva” markalı avtomobil qayda pozuntusuna görə saxlanılıb.
Sürücünün sərxoş olması barədə şübhələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilib və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı sürücü 8 sutka müddətinə inzibati qaydada həbs edilib, İ.Salahov barəsində isə cərimə növündə inzibati tənbeh növü seçilib.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
"Həmin şəxslərin döyülməsi ilə bağlı iddialar isə həqiqəti əks etdirmir. Onu da qeyd edim ki, iddialarla bağlı İ.Salahov aidiyyəti üzrə digər qurumlara da müraciət edib, hazırda araşdırma aparılır", - E.Qasımov deyib.
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək
- Qabil Məmmədovla bağlı qərar verildi