Rusiyada keçirilən Şərq İqtisadi Forumuna qatılan Azərbaycanın baş prokuroru Kamran Əliyev hazırda Azərbaycanda həbsxanada saxlanılan Qarabağ separatçılarının işi barədə danışıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, News.ru-ya açıqlama verən baş prokuror Kamran Əliyev qeyd edib ki, həmən şəxslərin istintaqı artıq yekunlaşıb və yaxın vaxtlarda materiallar məhkəməyə təqdim olunacaq.
"Hazırda həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər cinayət işinin materialları ilə tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək", - deyə Azərbaycanın baş prokuroru vurğulayıb.
Məlumat üçün əlavə edək ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən 15 separatçıya qarşı cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa veriliblər. 2023-cü ilin sentyabrında keçirilən əməliyyatdan sonra onlar saxlanılaraq Bakıya gətirilib və istintaqa təhvil veriliblər. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Bu ilin iyununda Bakı onların işi üzrə istintaqın başa çatdığını elan edib.
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
“BUTA.TV ” xəbər portalı olaraq 2019-ci il aprel ayının 24-dən fəaliyyətə başlamışıq. Bizə dəstək olmaq istəyirsinizsə aşağıdakı rəqəmlərdən birini seçə və ya təklif etdiyiniz məbləği göstərə bilərsiniz. Dəstəyiniz bizim üçün dəyərlidir.
- Stokholm hava limanının fəaliyyəti dayandırıldı
- Ölkədə aktiv ƏDV ödəyicilərinin sayında kəskin artım
- Yaşar Gülər də Gürcüstana səfər etdi
- Rusiyanın Latviyadakı diplomatından izahat istənildi
- Millimiz Türkiyəyə böyük hesabla uduzdu
- Ayfon 16 smartfonu təqdim edildi
- Dneprin sol sahilində rusların fəallığı müşahidə olunur
- Bu pilot layihənin həyata keçirilməsi vaxtı daha 3 il uzadıldı