Bakı-Tiflis-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda yalnız bir qatar hərəkətdədir və həmin qatarın tərkibinə əlavə vaqonların qoşulması ilə bağlı işlər aparılır:
"Tiflisdən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir. Azərbaycana daxil olmaq yalnız təyyarə və qatar yolu ilə olduğundan, Tiflis-Bakı istiqaməti üzrə daha çox tələbat var".
A.Fərəcov qeyd edib ki, bu günə olan məlumata görə, yalnız Tbilisidən 6 000-dən yuxarı sərnişin artıq qatara minib və istifadə edib: "Bu göstərici Bakıdan 5 000 yuxarıdır".
- Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv olundu
- 2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq
- Bakı-Tiflis qatarına bilet satışındakı problemin səbəbi açıqlandı
- 2029-cu ildə əhali siyahıya alınacaq
- Prezident fərman imzaladı
- Bakı-Tiflis qatarında ciddi qiymət endirimləri... - Rəsmi
- Tiflisə getmək istəyənlərə daha bir sevindirici xəbər
- 39 yaşlı qadın narkotikə görə saxlanıldı - Video