Nazirlər Kabineti “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda dəyişiklik edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra, büdcəyə artıq ödəmələr işsizlikdən sığorta haqqı ilə bağlı borcların, hesablanmış faizlərin və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsinə yönəldilməyəcək. Eyni zamanda büdcəyə artıq ödəmələr məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldilməyəcək.
- Emin Araz Ağalarovu "Sea Breeze"də gəzdirdi - Video
- Azərbaycanlılar İranın parçalanmasının qarşısını aldı - Vilayəti
- Mustafayevin məhkəmə işi: Pandemiya vaxtı 13 min sərnişin...
- Fərqanə xanım Nigar Camala niyə söz atır? - Tolikdən sərt ismarıc
- Hacıyev Əhmədianla danışdı: Azərbaycana səfər...
- Zülfqarov Dərbənd məsələsinə aydınlıq gətirdi
- AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səs yazısı - VİDEO
- İrandan Bakı və İrəvana çağırış: Dolaşan şayiələr...