Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.
BUTA.TV müraciətin mətnini təqdim edir:
“Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində (Xıdırlı ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar sabahdan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”.
- Emin Araz Ağalarovu "Sea Breeze"də gəzdirdi - Video
- Azərbaycanlılar İranın parçalanmasının qarşısını aldı - Vilayəti
- Mustafayevin məhkəmə işi: Pandemiya vaxtı 13 min sərnişin...
- Fərqanə xanım Nigar Camala niyə söz atır? - Tolikdən sərt ismarıc
- Hacıyev Əhmədianla danışdı: Azərbaycana səfər...
- Zülfqarov Dərbənd məsələsinə aydınlıq gətirdi
- AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səs yazısı - VİDEO
- İrandan Bakı və İrəvana çağırış: Dolaşan şayiələr...