Azərpoçt MMC adından istifadə edilərək vətəndaşlar aldadılır.
BUTA.TV xəbər verir ki, bu barədə MMC məlumat yayıb.
"Sosial kanallarda yaradılmış saxta "Azərpoçt" səhifəsindən paylaşım edilərək itirilən, eləcə də, 6 aydan çox poçt şöbəsində qalan bağlamaların simvolik qiymətə - 2,28 AZN-ə satıldığı bildirilir. Kiçik məbləğə böyük hədiyyələr vəd verən paylaşımda sifariş üçün vətəndaşlardan linkə keçid etmələri xahiş olunur.
Heç bir halda bu kimi paylaşımlara güvənməyin və linklərə daxil olaraq fərdi kart məlumatlarınızı bölüşməyin.
"Azərpoçt" heç bir zaman sahibsiz bağlamaları satışa çıxarmır!
Həmçinin "Azərpoçt"la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, vətəndaşlardan dərhal "Azərpoçt"un 169 Çağı Mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik", - məlumatda bildirilib.
- Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı - Video
- İranda hava limanı vuruldu - Ölən var
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib