Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 675 kiberhücum indikatoru (IOC) müəyyən edib.
BUTA.TV XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz azdır.
Belə ki, kibertəhdidlərin 340-ı daxili araşdırma, 335-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən edilib və bloklanıb.
Təkcə bu ilin avqustunda 52 kiberhücum müəyyən olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azdır.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 560,7 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 43 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 170 min 768 zərərverici tərkibli elektron sənəd blok edilib.
- Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?
- BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər
- Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi
- Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi
- Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto
- İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan
- Ermənilər sərhəddə təxribata cəhd etdilər - Video