“Avrora” MMC və “İstisu” mineral su zavodu arasında partnyorluq haqqında müqavilə imzalanıb.
BUTA.TV xəbər verir ki, müqaviləyə əsasən “Avrora” MMC “İstisu” brendi adı altında istehsal olunan təbii mineral suların Azərbaycan üzrə ticarət nöqtələrinə satışını həyata keçirəcək. “İstisu” təbii mineral sularının istehlakçılara əlçatanlığını təmin etmək üçün Avrora şirkəti 12000-dən çox ticarət nöqtəsinə məhsulların paylanmasını həyata keçirəcək.
Məlumat üçün bildirək ki, mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. İstisu litium, brom, yod, arsen, fosfor, sink, med, nikel, maqnezium, dəmir kimi minerallarla zəngindir.
Kəlbəcərin İstisu qəsəbəsində SSRİ dövründə də zavod fəaliyyət göstərmişdir. Lakin erməni işğalı zamanı bir çox iqtisadi mərkəzlərimiz kimi, İstisu sanatoriyaları və zavodu dağıdılıb istifadəsiz qalmışdı. Tarixi zəfərimizdən sonra “İstisu” təbii mineral su zavodunun təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub və zavodda quruculuq işləri 2024-cü ildə tam başa çatdırılıb. Sentyabrın 2-sində isə zavodun Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə rəsmi açılışı olub.
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
“BUTA.TV ” xəbər portalı olaraq 2019-ci il aprel ayının 24-dən fəaliyyətə başlamışıq. Bizə dəstək olmaq istəyirsinizsə aşağıdakı rəqəmlərdən birini seçə və ya təklif etdiyiniz məbləği göstərə bilərsiniz. Dəstəyiniz bizim üçün dəyərlidir.
- Millimiz Türkiyəyə böyük hesabla uduzdu
- Ayfon 16 smartfonu təqdim edildi
- Dneprin sol sahilində rusların fəallığı müşahidə olunur
- Bu pilot layihənin həyata keçirilməsi vaxtı daha 3 il uzadıldı
- AB-yə daxil olmaqla bağlı məsələ... - Paşinyan
- Ali məktəblərə qəbul olan şəxslərin diqqətinə!
- Bu hücumla Ukraynanın təslim olması... - Dikiy
- "İlk dəfə pul qarşılığında görüşmüşük" - Ziya DANIŞDI