ABŞ Dövlət katibi Entoni Blinkenlə Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
Bildirilib ki, onlar diplomatik səviyyədə gələcək ikitərəfli əlaqələri müzakirə ediblər və dövlət katibi BMT Baş Assambleyasının açılış həftəsi üçün Ukraynanın planlaşdırdığı tədbirlərə ABŞ-ın dəstəyini təsdiqləyib.
Blinken həmçinin vurğulayıb ki, Vaşinqton Kiyevə hərbi, iqtisadi və humanitar sahələrdə, eləcə də Ukrayna iqtisadiyyatının bərpasında yardımı davam etdirəcək.
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video