Moskva Tayvanın “Çin Uzaq Şərqi Rusiyadan almalıdır” çağırışlarını ciddi qəbul etmir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz belə bəyanatlar görməmişik. Olsa belə, çətin ki, ciddi bəyanatlar kimi qəbul olunsun”, - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, Tayvan Prezidenti Lai Çinq-Te Çinin Tayvanı öz ərazisinin bir hissəsi hesab etdiyini bildirib. Belə olan halda Pekin ərazi bütövlüyünü bərpası üçün 1858-ci ildə Rusiya İmperiyası ilə Çin İmperiyası arasında bağlanan “Ayqonq” müqaviləsindən sonra itirilən Uzaq Şərqi də Rusiyadan almalıdır.
- Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar...
- ABŞ İrana zərbələr endirir
- 4 rayonda fasilələrlə işıq kəsiləcək
- Arvadını qətlə yetirən Coşqun 1 ay öncə həbsdən çıxıbmış - Video
- Sabah Bakının bu ərazisində işıq olmayacaq
- Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib
- Valideynlərin diqqətinə: Məktəb seçimi bu tarixdən başlayır
- “Zirə” ilk oyunu darmadağınla qazandı - Yenilənib+Video