İsrail İordaniya ilə hər üç sərhəd keçidini növbəti xəbərdarlığa qədər bağlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.
“Ölkənin şimalındakı Beyt Şean şəhəri yaxınlığındakı İordaniya keçid məntəqəsi, Allenbi körpüsündəki keçid məntəqəsi, eləcə də cənubdakı Eylat şəhəri yaxınlığındakı Rabin sərhəd-keçid məntəqəsi bağlanıb”, - məlumatda deyilib.
Qeyd olunur ki, sərhədin bağlanması barədə qərar sentyabrın 8-də Allenbi körpüsündə 3 israillinin ölümü ilə nəticələnən terror aktından sonra verilib. “Tayms of İsrail” qəzetinin məlumatına görə, atəş açan şəxs İordaniyadan gələn yük avtomobilinin sürücüsü olub.
- SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər...
- Pezeşkiandan Azərbaycanla bağlı çağırış
- Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb
- Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev
- Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik - Hacıyev
- Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!
- Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
- İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Faktlar