Qətər Qəzza zolağı sakinlərinə kömək üçün 4,5 milyon dollar ayıracaq.
BUTA.TV xəbər verir ki, bununla bağlı Qətər Qızıl Aypara Cəmiyyəti, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi və Qətər İnkişaf Fondu arasında müqavilə imzalanıb.
Vəsait Qəzza zolağından olan 4400 fələstinli işçiyə, eləcə də münaqişədən əvvəl tibbi yardım üçün Qərb Sahilinə gələn və öz evlərinə qayıda bilməyən anklav sakinlərinə dəstək olmaq üçün nəzərdə tutulub.
"Nağd yardım keçən ilin oktyabrında münaqişədən bəri Qəzza zolağına qayıda bilməyən köçkünlər üçün həyati dəstək olacaq", - deyə bildirilib.
- Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...
- F-16-ların göyərtəsindən Bakı belə görünür - Video
- Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...
- Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov
- Prezidentdən hərbi paradla bağlı paylaşım - Video
- Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur
- Azərbaycanda Dövlət Bayrağı Günüdür
- İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov