İnterpol bu azərbaycanlı qadını axtarır

22:56 - 8 Sentyabr 2024 - GÜNDƏM

 İnterpol bu azərbaycanlı qadını axtarır

Bu günə qədər müxtəlif cinayətlər törətmiş 38 azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib.

BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, axtarışa verilənlərdən ən qocamanı 64 yaşındadır.

Lütfiyar Nəsibov Qulu oğlu 1960-cı ildə Ermənistanda doğulub. Rusiya və Azərbaycan vətəndaşlığı var. O qrant alınmasında fırıldaqçılıqda, kreditləşmə sahəsində saxtakarlıqda təqisirli bilinir. Rusiya tərəfindən axtarışa verilib.

Digər cinayətkar Çingiz Cahangirov 1979-cu il avustun 30-da doğulub. O, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam öldürməyə cəhddə, odlu silahın və onun əsas hissələrinin qanunsuz əldə edilməsi, başqasına verilməsi, saxlanması və daşınmasına görə axtarışa verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Gəncədə 18 yaşlı gənci döyüb öldürdülər

İnterpol vasitəsilə axtarılan Anar Əliyev 1984-cü il martın 30-da doğulub. Qətl və oğurluq törətməkdə günahlandırılır.

Beynəlxalq miqyasda axtarılan azərbaycanlı Fazil Kərimov 1993-cü ildə doğulub. O, xüsusi iri miqyaslı dələduzluqda təqsirləndirilir.

1987-cü il təvəllüdlü Ruhəngiz Orucovanın insan alverinə görə barəsində axtarış elan edilib.

Aleksandr Baturinin həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var. 1982- ci ildə Azərbaycanda doğulub. O terror fəaliyyətinə cəlb olunmğa cəhddə günahlandırlır.

Bəylər Niftəliyevin 48 yaşı var. O zorakılıqda və quldurluqda günahlandırılır. Eyni zamanda əmlakın qəsdən məhv edilməsində təqsirli bilinir. O Rusiya tərəfindən axtarışa verilib.

Mansurov Süleyman Cəlilbadda doğulub. O, azyaşlını zorlamaqda təqsirli bilinir. Rusiya tərəfindən axtarışa verilib.

Kamal Fətullazadə 1965-ci ildə Lənkəranda doğulub. O qətl törətməyə, zorlanmaya görə Rusiya tərəfindən axtarışa verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol