"İllərdir mövcud olan problemi neçə vaxtdır xanəndə Almaxanım və Vüqar Əhməd işıqlandırır. Onlara qoşulub, yaşadıqları haqsızlığa göz yummayan xanəndə və müğənni görmürəm. Halbuki hamı şikayətçidir, lakin cəmiyyətə açıqlama verməkdən qorxurlar. Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?"
BUTA.TV xəbər verir ki, bu sözləri tanınmış müğənni Nura Suri sosial şəbəkədə qeyd edib. Müğənni iddia edib ki, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin sayı-hesabı yoxdur:
"Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə indiyədək pulsuz gedib oxumuşuq, əvəzində də heç kəsə lazım olmayan diplomlar almışıq. Cibimizdən salona, işçilərimizə, benzinə və sair pul xərcləmişik. Bunlarla yanaşı, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin də sayı-hesabı yoxdur. Klip çəkdirmək istəyəndə heç bir teatr və muzeyin icazəsini belə ala bilmədiyimiz nazirliyin bizə xeyri nədir? Niyə və nədən qorxursunuz axı? Niyə şikayətinizi dilə gətirməkdən qorxursuz?"
- Azərbaycan XİN Danimarkanı təbrik etdi
- Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı
- Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi
- Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi
- Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır
- Deputatdan sevindirici açıqlama: Bu, maaşın artmasına səbəb olacaq
- Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…”
- Bayraqdar Azərbaycanda quruğu şirkətdən danışdı - Video