Naxçıvan Muxtar Respublikasında (MR) İmtahan Mərkəzi yaradılıb.
BUTA.TV xəbər verir ki, mərkəzi MR-in Təhsil Nazirliyi Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün yaradıb.
Mərkəzdə IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış formatında olmaqla tədris ili ərzində 6 dəfə olmaqla ödənişsiz sınaq imtahanlarının təşkili həyata keçiriləcək.
Yeni yaradılan mərkəz şagirdlərin biliyinin qiymətləndirilməsi işinə öz töhfəsini verməklə yanaşı tədrisin keyfiyyətinin artırılmasına şərait yaradacaq.
Qeyd edək ki, imtahan mərkəzinə ən müasir optik oxuyucular, çap avadanlıqları, kağız məmulatları və digər çap vəsaitləri tender yolu ilə alınaraq quraşdırılıb.
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir
- Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...
- Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb
- Ölkədə bu qurumlar birləşdirildi
- Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu