Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kozaça Lopan qəsəbəsinə PUA hücumu nəticəsində ölkənin Ali Məhkəməsinin hakimi ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.

Bildirilib ki, hücum bu gün yerli vaxtla 13:00 radələrində olub.

Xarkov vilayət prokurorluğu məlumatı təsdiqləyərək ölən şəxsin Ali Məhkəmə hakimi olduğunu açıqlayıb. Daha sonra Ali Məhkəmə həlak olan şəxsin Leonid Loboyko olduğunu bildirib.

70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı 70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı