ABŞ Prezidenti Co Baydenin administrasiyası Hizbullahın baş katibi Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsinə İranın, Hizbullah hərəkatının, eləcə də İraq və Suriyadakı qrupların mümkün cavablarını diqqətlə izləyir.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Hizbullah, İran və İraq və Suriyadakı qrupların necə və nə vaxt reaksiya verəcəyini anlamaq üçün bunu çox diqqətlə izləyirik. Biz hansısa formada cavab verməyə hazır olmalıyıq", - o, ABC telekanalında bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu