Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində daha bir neçə rayona bilet almağı asanlaşdırıb.
BUTA.TV agentliyə istinadən xəbər verir ki, “Biletim.az” portalına əlavə olunmuş yeni məntəqələr əsasında artıq Bakıdan Şəmkirə, Beyləqana və Gədəbəy rayonunun Noviovanovka kəndinə yollanmaq istəyən sərnişinlər avtobuslara bileti onlayn ala bilərlər.
Həmçinin, portala daha əvvəl mövcud olan Bakı-Kürdəmir, Bakı-Siyəzən və Bakı-İsmayıllı marşrutları üzrə də əlavə reyslər daxil edilib. Bakı-İsmayıllı marşrutları üzrə Şamaxı şəhəri aralıq məntəqəsi kimi təyin olunub.
Beləliklə “biletim.az” portalında 45 şəhər və rayona 74 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 154, nəqliyyat vasitələrinin sayı isə 321-dir.
Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Məlumat üçün bildirək ki, bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “Əpp Stor” və “Quql Pley”dən yükləmək mümkündür.
- Azərbaycan Rusiyada bu siyahıya daxil edildi
- Bu məhsul marketlərdə üçqat baha satılır
- Şah İsmayıl Xətainin fərmanı Azərbaycana gətirildi
- Polkovnik Vüqar İbrahimli işdən çıxarıldı
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Əli Əhmədovun bacısı oğluna yüksək vəzifə verildi
- Bu gecə bəzi bank kartları işləməyəcək
- Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı