Quba rayon İcra Hakimiyyəti şəhərdə yaşıllaşdırma işlərini həyata keçirmək üçün elan etdiyi tenderin nəticələrini açıqlayıb.
BUTA.TV Tribunainfo.az-a istinadla xəbər verir ki, Star Təmir Conctruction MMC ilə bu məqsədlə satınalma müqaviləsi imzalayıb.
Rəsmi qaynaqlarda qeyd edilir ki, İcra Hakimiyyəti bu işlərə görə, 247.776,4 manat pul ayırıb.
Həmin məlumatlara görə, dövlət qurumu 1900 kvadrat metr ərazidə bu işləri həyata keçirəcək. Bu məqsədlə 7500 ədəd ağacın əkilməsi nəzərdə tutulub. Onların arasında limon ağacları da olacaq. Paralel olaraq, İcra Hakimiyyəti ağac əkiləcək ərazinin zibillərinin əllə təmizlənməsini də reallaşdıracaq.
Tribunainfo.az xəbər verir ki, “Star Təmir Conctruction” yeni şirkət olsa da, bir çox tenderlərdə qalib olub. Məsələn, şirkət iki il öncə Laçın İcra Hakimiyyətinin sifarişini yerinə yetirib. 50 min manatlıq işin müqabilində Ağcabədidəki Laçın qəsəbəsinə asfalt yol çəkib.
Analoji proses Göygöl Rayon İcra Hakimiyyəti ilə də baş tutub. Bu zaman sözügedən MMC İcra Hakimiyyəti ilə “Göygöl şəhərində yolların əsaslı təmiri işləri”nə görə 829.075,32 manatlıq müqavilə bağlayıb.
Bildirək ki, STAR TƏMİR CONSTRUCTİON MMC-nin qanuni təmsilçisi Zaur Əsgərov Marif oğludur. Şirkətin nizamnamə kapitalı isə cəmi 20 manatdır.
- Sabah 18 kənddə qaz olmayacaq
- Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video
- Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian
- Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq
- Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...
- SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba
- Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif
- SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…