“Azercell Biznes” korporativ müştərilərinə göstərdiyi xidmətləri rəqəmsallaşdırmağa davam edir.
Şirkət eyniadlı tətbiqinin imkanlarını genişləndirərək elektron sənəd dövriyyəsi üçün nəzərdə tutulan yeni həlli təqdim edir. Bu funksiya korporativ müştərilərə sənədləşmə prosesini daha çevik və rahat - rəqəmsal şəkildə həyata keçirmək imkanı verir. Belə ki, “Azercell Biznes” tətbiqi vasitəsilə sənədləri artıq kağız əsasında deyil, elektron şəkildə yaratmaq və imzalamaq mümkündür.
Müvafiq sənədlər “Asan İmza” və ya “Sima” elektron imzası vasitəsilə təsdiqlənir. Bu da e-sənədlərə ənənəvi şəkildə imzalanan sənədlərlə eyni hüquqi status verir.
Qeyd edək ki, rəqəmsal sənədləşmə prosesində məlumatların təhlükəsizliyi və məxfiliyi yüksək səviyyədə qorunur. Ən əsası isə sənəd mübadiləsinin səmərəliliyini artıran bu dəyişiklik eyni zamanda kağız sərfiyyatını da minimuma endirməyə dəstək olur.
“Azercell Biznes” ilə sənədləşmə indi daha rahat, təhlükəsiz və sürətlidir.
“Azercell Biznes”in bu və digər rəqəmsal transformasiya həlləri ilə daha ətraflı tanış olmaq üçün:
https://www.azercell.com/az/corporate/mobile-communications/special-services/azercell-biznes.html
- Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
- Bakıda 30 minlik qapı və kondisioner oğurlayan şəxs tutuldu
- Rusiya Federal Vergi Xidməti Hüseynin şirkət hesablarını blokladı
- Sürücülərin imtahanı: 3 nəfər başqasının yerinə girmək istədi
- Gəncədə yolların təmirinə 10 milyon ayrıldı - Qalib şirkət...
- Zəfər Günü münasibəti ilə atəşfəşanlıq olacaq
- “TələbəPlus” kartı ilk sahiblərinə təqdim edildi
- Zakir Həsənov Slovakiyada hərbi institutu ziyarət etdi