Bakıda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb. Rayonun Keşlə qəsəbəsi sakini polisə müraciət edərək anbar kimi istifadə etdiyi mənzilindən 30 min manat dəyərində 34 ədəd qapı, 16 ədəd kondisioner və inşaat materiallarının oğurlandığını bildirib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Gənc deputatların “ŞƏKİL HƏVƏSİ” - Parlamentə “fotostudiya” kimi baxan millət vəkillərinin əsl vəzifəsi nədir?
Digər bir tədbirlə Nizami rayonunda VAZ markalı iki avtomobilin akkumlyatorlarını oğurlayan 44 yaşlı Pərviz Allahverdiyev polislər tərəfindən saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan görüntülənib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Şeyx İspaniyaya gedir
- Azərbaycan Ordusu üçün 197 minlik bayraq sifariş edildi
- Çinlə imzalanmış sənədlərin detalları açıqlandı
- Əfv komissiyasının iclası: Müraciətlərin sayı 700-ü keçdi
- Prezidentin Çinə səfəri buna təkan verəcək - Deputat
- Pezeşkian: Azərbaycan və İran bir bədənin hissələridir
- Zirəddindən qorxunc proqnoz: İstanbulu qırmızı görürəm...
- Pezeşkian Bakıya bu tarixdə gəlir – Təsdiqləndi