Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrda xarici valyutada dövlət xərclərinin icrasını dəstəkləmək məqsədilə 424 milyon ABŞ dollarlıq xüsusi satış həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a AMB-dən bildirilib.
"Bu ilin oktyabr ayında Mərkəzi Bank Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 738,7 milyon ABŞ dolları məbləğində satış həyata keçirib. Bunun, 23,6 %-ni və ya 174,4 milyon ABŞ dollarlıq hissəsini SOFAZ təmin edib.
Hərraclarda satılan valyuta ilə Neft Fondunun açıqladığı rəqəm arasında fərqin 424 milyon ABŞ dollarlıq hissəsi xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə Mərkəzi Bankın xüsusi satışı ilə əlaqədardır", - AMB aydınlıq gətirərək qeyd edib.
Bildirilib ki, bundan əlavə, valyuta satışlarının həyata keçirilməsi prosesinin xüsusiyyətlərini nəzərə alaraq, hansısa ayın sonunaSOFAZ-ın satışı ilə hərraclarda satılmış valyuta arasında fərq ola bilər.
"Belə ki, ilkin mərhələdə Neft Fondu xarici valyutanı Mərkəzi Banka satsa da, hərraclarda valyuta satışı növbəti dövrə təsadüf edə bilər. Cari ilin oktyabr ayında hərraclarda satılmış vəsait ilə Fondun açıqladığı rəqəm arasındakı fərqin yuxarıda qeyd olunan xüsusi satışdan əlavə hissəsi SOFAZ tərəfindən sentyabr ayında satılmış vəsaitin oktyabr ayında banklara satılması ilə əlaqədardır”, - AMB bildirib.
- Keçici hökumət dəvət etdi, Ərdoğan onu Dəməşqə göndərdi
- Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...
- Dugin əsassız açıqlama verdi, səhvini başa düşdü - Topçu
- Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto
- Ərdoğanın müşaviri Bakıdan hədələdi
- İran mühafizəkarları Bakıya yenə dil uzatdı
- İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi - Foto
- Messi Azərbaycandan nə qədər pul aparıb? - Şok məbləğ