Polis əməkdaşları Lənkəranda iki nəfərin 42 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini olan iki nəfərə qarşı dələduzluq edən 31 yaşlı Emin Babazadə saxlanılıb.
O, zərərçəkənlərə qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildirib. Həmin şəxslərə yüksək məbləğlər verəcəyi barədə yalan vədlər verməklə zərərçəkənlərin ümumilikdə 42 min manatını ələ keçirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, E.Babazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı