Rusiyanın “Azimut” aviaşirkətinə məxsus “Suxoy Superjet 100” təyyarəsi Krasnoyarskda məcburi eniş edib.
BUTA.TV xəbər evrir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, buna səbəb ön şassinin hidravlik nasazlığı olub.
Mineralnıye Vodı-Ufa-Krasnoyarsk reysini yerinə yetirən RA 89080 təyyarəsi təcili eniş siqnalı verib və yerli vaxtla saat 11:45-də Krasnoyarska enib. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb.
Qeyd edək ki, bu, bir gündə nasazlıq yaşayan ikinci “Azimut” superjetidir. Belə ki, Soçidən Türkiyəyə uçan daha bir təyyarə Türkiyənin Antalya hava limanına endikdən sonra yanıb.
- Bu rayonda 16 mindən çox abonentin qazı kəsiləcək
- Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşdı
- Niyə məhz “Radius”? - “LIQUI MOLY” qərarının səbəblərini açıqladı+Video
- Baş nazirdən yeni qərar...
- Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verildi
- Xətai İH Milli Mətbuat Günü ilə bağlı tədbir keçirdi - Foto
- 4 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
- Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı