Son günlər “Daşkəsən Dəmir Filiz” MMC-nin rəhbər şəxslərinin ad və fotoşəkillərindən istifadə olunmaqla saxta profillərin yaradılması və kiberdələduzluq cəhdləri müşahidə edilir.

“Azərqold” QSC-dən BUTA.TV-a bildirilib ki, naməlum şəxslər bu profillər vasitəsilə özlərini şirkətin rəhbər şəxsləri kimi təqdim edir, müxtəlif şəxslərlə əlaqə saxlayaraq onların adından müraciətlər ünvanlayır və müəyyən tapşırıqların icrasını tələb edirlər.

“Daşkəsən Dəmir Filiz” MMC əməkdaşlarını, işgüzar tərəfdaşlarını və ictimaiyyəti bu cür hallara qarşı ehtiyatlı olmağa çağırır.

Şübhəli müraciətlərə cavab verməmək, naməlum keçidlərə daxil olmamaq, göndərilən faylları açmamaq, şəxsi və xidməti məlumatları üçüncü şəxslərlə paylaşmamaq tövsiyə edilir. Bu qəbildən olan müraciətlərin həqiqiliyi əvvəlcədən məlum olan rəsmi əlaqə vasitələri ilə yoxlanılmalıdır. Belə hallarla qarşılaşan şəxslərdən yazışmaları və digər sübutları saxlamaları, bu barədə dərhal şirkətə və aidiyyəti hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur. “Daşkəsən Dəmir Filiz” MMC rəhbər şəxslərinin ad və fotoşəkillərindən qanunsuz istifadə edilməsini pisləyir, hər kəsi informasiya təhlükəsizliyi qaydalarına riayət etməyə və kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır”, - deyə məlumatda qeyd olunub.

Xəyanət cəmiyyətimizi məhv edir... Xəyanət cəmiyyətimizi məhv edir...